87 məktəb müsadirə edildi

1 Yanvar 2014 13:03 (UTC+04:00)
Misirdə əksəriyyəti "Müsəlman qardaşlar" təşkilartının üzvü olan 572 nəfərin əmlakı, habelə 87 məktəb dövlət tərəfindən müsadirə olunub.


Bu barədə məlumatı Ədliyyə Nazirliyinin mətbuat mərkəzi yayıb.

Məlumatı yayan mərkəzin rəhbəri Əbdüləzim əl Əşri məsələni araşdıran komitənin bu istiqamətdə qərar qəbul etdiyini deyib.

"Müsəlman qardaşların əmlakını araşdıran komitənin sədri və ədliyə nazirinin müavini İzzət Hamis təşkilatın lider heyətindən 572 nəfərin əmlakı ilə bütün bank hesablarının və 87 məktəbin müsadirə olunmasına qərar verib". (anspress)