Siyavuş Novruzov iqtidar-müxalifət dialoqundan danışdı

1 Yanvar 2014 13:40 (UTC+04:00)
"İqtidar-müxalifət dialoqunun aparılması üçün hansısa kənar təşkilatın vasitəçiliyinə ehtiyac görmürəm".


Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

ATƏT-in vasitəçiliyi ilə iqtidar-müxalifət dialoqunun aparılması təşəbbüsünü dəyərləndirən YAP funksioneri deyib ki, ümumiyyətlə, Azərbaycanın siyasi partiyaları arasında dialoqun aparılması üçün kənar vasitəçilərə ehtiyac yoxdur:

"Prezident İlham Əliyev jurnalistlərlə görüşdə də, başqa çıxışlarında da "Azərbaycanın daxili problemlərini özümüzün həll etməliyik" fikrini ortaya qoyub. Yəni hansısa vasitəçiyə ehtiyacımız yoxdur".

O deyib ki, zamanı çatanca iqtidar-müxalifət dialoqu baş tutacaq.

AzNews.az