Ebru Gündeş polisə aparıldı - Müğənniyə bayramda pis sürpriz

1 Yanvar 2014 15:36 (UTC+04:00)
Türkiyədə rüşvət qalmaqalına görə barəsində həbs qətimkan tədbiri seçilən azərbaycanlı iş adamı Rza Zərrabın xanımı, müğənni Ebru Gündeş Yeni il gecəsi polisə aparılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük qardaşı Cengiz Kumartaşlıoğlu və vəkili Şeyda Yıldırımla bərabər polisə gedən müğənni ilin təhvil olmasına 20 dəqiqə qalmış sərbəst buraxılıb.

Maliyyə polisinin çağırışına əsasən ifadə verən E.Gündeşin ifadəsində nələri söyləməsi ilə bağlı hələlik məlumat verilmir.

Elnarə
AzNews.az