Gəncədə intihara cəhd

2 Yanvar 2014 09:00 (UTC+04:00)
Gəncədə intihara cəhdin qarşısı alınıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaş intihara cəhd məqsədi ilə yaşadığı binadan özünü atmaq istəyib.

Dərhal nazirliyin Gəncə Regional mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən özünü atmaq istəyir. Aparılmış psixoloji danışıqlara baxmayaraq, o özünü yerdə quraşdırılmış xilasetmə yastığının yox, 1-ci mərtəbədə yerləşən mağazanın dam örtüyünün üzərinə atıb və xəsarət alıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xəsarət almış vətəndaşı oradan endirib və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az