Yerə 5 metrlik asteroid düşdü

2 Yanvar 2014 22:28 (UTC+04:00)

AzNews.az Beynəlxalq astronomiya ittifaqının kiçik planetlər mərkəzinə istinad edən xarici mətbuata əsaslanaraq xəbər verir ki,təyin edildikdən bir sutka sonra 5 metrlik 2014 AA asteroidi 2 dekabr səhər çağı Atlantika üzərində Yer atmosferinə daxil olub. Səma qonağı Yer səthinə çatmamış tamamilə dağılıb.

Fəza cisminin Yerə açıq şəkildə təşrifi indiyə qədər müşahidə edilmiş ikinci hadisədir. Birinci hadisə 2008 - ci ildə olmuşdu ki, onda da 2008 TC3 asteroidi bir gün əvvəl təyin edilmişdi və onun parçaları Sudan ərazisinə tökülmüşdü.
2014 asateroidi 1 yanvar, səhər vaxtı Amerika observatoriyası Maunt - Lemmonda müəyyən edilib. Astranomlar müxtəlif ölçmələr apardıqdan sonra müəyyən ediblər ki, bir sutka sonra obyekt planetimizin atmosferinə daxil olacaq.
"Praktiki olaraq düz olaraq 2014 AA asteroidi 2 yanvarda Qrinviç vaxtı ilə təqribən 04.50 - də (Moskva baxtı ilə 08.50) Yer atmosferinə daxil olub", deyə məlumatda bildirilir.
Asteroidin qalıqları mərkəzi Amerika ilə şərqi Afrika arasında səpələnib.
Asteroidin ölçüsü 3 metrdən 5 metrə qədər olub.

Əli
AzNews.az