Azərbaycanda iki nazir qohum olur - Foto
3 Yanvar 2014 15:07 (UTC+04:00)
Bir müddət öncə quda olan daha iki məmurumuz bu günlərdə öz qohumluğunu rəsmiləşdirməyə hazırlaşır.
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev övladlarının toyuna hazırlaşırlar.
Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur.
Gənclərin toy mərasimi yanvarın 10-da "Buta Palace"da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir.
Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz seçimidir.(axar.az)