Sabah qar yağacaq

4 Yanvar 2014 14:23 (UTC+04:00)
Sabah Azərbaycanda bəzi dağlıq və dağətəyi ərazilərdə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 5-də bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

AzNews.az