Şirvan kanalında bir nəfər batdı

4 Yanvar 2014 16:14 (UTC+04:00)
Ağdaşda bir nəfər kanalda batıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şirvan kanalının Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində 1 nəfər kişi batıb.

Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

AzNews.az