Lənkərandakı qəza ilə bağlı RƏSMİ məlumat

5 Yanvar 2014 14:29 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Qumbaşı kəndində "VAZ" markalı minik avtomobili və "Mercedes-Benz" markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü - 1971-ci il təvəllüdlü Həsənov Fuad Tofiq oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzNews.az