Portuqaliyada 3 günlük matəm - VİDEO

5 Yanvar 2014 19:50 (UTC+04:00)
Portuqaliya hökuməti əfsanəvi futbolçu Eysebionun vəfatı ilə əlaqədar 3 günlük matəm elan edib.

AzNews.az Lusa informasiya agentliyinə istinad edərək xəbər verir ki, hökumətin qərarına əsasən bütün dövlət müəssisələrində bayraqlar aşağı endiriləcək. Bundan başqa bütün şadlıq tədbirlərinin vaxtı dəyişəcək və radio - televiziya verilişlərindəki əyləncəli proqramlar efirdən çıxarılacaq.
Eysebionun ölümünü çoxlu məşhur futbolçular və hakimlər həm Portuqaliyada, həm də xaricdə kommentari ediblər. Belə ki, "Real" Madridin hücumçusu Kriştina Ronaldo Eysebionu əbədi yaşar, "Çelsi" londonun hakimi Joze Mourinyu isə Portuqaliya tarixinin nəhəngi adlandırıb.

Xatırladaq ki, əfsanəvi futbolçu 5 yanvarda ömrünün 72 - ci ilində vəfat edib. Ölümün səbəbi kimi ürək - damar çatışmamazlığı göstərilib. O bu xəstəlikdən illər əvvəldən əziyyət çəkib. Belə ki, 2012 - ci ilin Avropa cempionatı vaxtı o ürək pristuplarından xəstəxanaya düşüb.

Eysebio 1942 - ci ildə Mozambikdə anadan olub. 1957 - ci ildən futbol karyerasına başlayıb, 3 ildən sonra isə Lissabon "Benfika"sında karyerasına davam edib. Bu kulub onun iştirakı ilə 11 dəfə Portuqaliya çempionu olub və Avropa çempionatının kubokunu qazanıb. Eysebio karyerasının 15 ilini "Benfika" ilə keçirib, 715 oyunda 727 qol vurub. Portuqaliya yığması ilə hücumçu 64 oyunda 41 qol vurub. 1966 - cı ildə milli komandanın tərkibində dünya çempionatında 3 - cü yeri tutub.

"Mozambikli karol" adlandırılan Eysebio bütün futbol sevərlərin yaddaslarında qalacaq.




Azər
AzNews.az