Azərbaycan dünya çempionatına vəsiqə qazandı - FOTO

5 Yanvar 2014 22:58 (UTC+04:00)
Bu gün Azərbaycan milli komandası qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində həlledici oyununu keçirib. Qrupda son matçını Serbiyaya qarşı keçirən komandamız rəqibinə 3:2 hesabı ilə qalib gələrək dünya çempionatının finalına vəsiqə qazanıb.

Gərgin keçən oyunun taleyi beşinci hissədə həll olunub. Bu hissədə 18:16 hesablı qələbə sayəsində Azərbaycan voleybolçuları qrupda birinci yeri tuta biliblər.

I setdə 25-19 hesabı ilə məğlub olan voleybolçularımız II seti 25-18 hesabı ilə qalib başa vurublar. Komandamız III setdə 25-18 hesabı ilə məğlub olub. IV set (25-16) hesabıyla başa çatıb. Qalib sonuncu-həlledici olan V setdə məlum olub (18-16). Beləliklə Azərbaycan yığması bu ilin sentyabr və oktyabr aylarında İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazana biliblər.


AzNews.az