“Polislər“ hədə yolu ilə vətəndaşdan pul alıblar- 30 manat

6 Yanvar 2014 12:04 (UTC+04:00)
Sumqayıt şəhərinin ərazisindəki parkda şəhər sakinləri Elçin Babayev və Nail Mehdiyev özlərini polis əməkdaşları kimi təqdim edərək həmyerliləri İlqar Ramazanovu polisə aparacaqları ilə hədələyib, ondan 30 manat pul alıblar. Bu barədə AzNews.az DİN-in rəsmi saytına istinadən məlumat verib.

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev və N.Mehdiyev tutulublar.

AzNews.az