46 yaşlı polis kapitanı vəfat etdi - SƏBƏB

6 Yanvar 2014 18:00 (UTC+04:00)

Yanvarın 6-da Qaradağ rayon Polis İdarəsinin 46 yaşlı əməkdaşı, polis kapitanı Kazımov Oruc Allahyar oğlu qəfildən vəfat edib.

AzNews.az-a daxil olan məlumata görə, 1967-ci il təvəllüdlü O.Kazımov 11-ci polis bölməsində sahə müvəkkili olub.

11-сi bölmədən məlumatı AzNews.az-a təsdiqləyiblər. Polis kapitanının öz evində vəfat etdiyi bildirilir. Ölümün səbəbləri hələlik məlum olmasa da, ürək tutması ehtimalı irəli sürülür.

Allah rəhmət etsin!

Elnur
AzNews.az