Babək Zəncanidən şok etiraf

7 Yanvar 2014 08:05 (UTC+04:00)
Türkiyədə keçirilən rüşvət əməliyyatından sonra azərbaycanlı iş adamı Rza Zərrabın İrandakı "rəisi" Babək Zəncani ilə bağlı yeni məlumat yayılıb.


AzNews.az xəbər verir ki, Babək Zəncani saxlanmasından iki gün əvvəl sosial şəbəkədəki hesabında yazdığı açıqlamada İrana yönələn sanksiyaları aşdığını bildirib.

B.Zəncaninin yazdığına görə, ona məxsus olan şirkətlər və ortaq olduğu şirkətlərin qara siyahıya salınmasını gözə alaraq bəzi əməliyyatlar aparıb: "Əgər amerikalıların əlinə düşsəydim, Quantonamoda olurdum".

B.Zəncani "Həbs olunsam İran Efiopiyaya çevrilər" deyərək "İran Mərkəzi Bankı və Neft Nazirliyinə tətbiq edilən sanksiyalara baxmayaraq bura 2 milyard dollar gətirə bildim. Ancaq bəzi dairələr bu durumu əleyhimə istifadə edərək mənimlə şəxsi hesablaşmalara başladılar.

Amerikalılar bu pulların ölkəyə gəlməsini istəmirdilər. Şirkətlərimin qara siyahıya salınması və Avropaya girişimə qadağa qoyulması bahasına bu işi etdim. İndi Məclisdəki hörmətli millət vəkillərindən soruşuram ki, hansı iş adamı dünyanın hər yerində bank hesabları və mallarının müsadirə ediləcəyi və dünya ilə əlaqəsinin kəsiləcəyi halda belə bir riskə gedər?" deyə vurğulayıb.

Elnarə
AzNews.az