Xaçmazda avtoqəza: yaralılar var

7 Yanvar 2014 09:10 (UTC+04:00)
Bu gün gecə saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Regional TV-yə istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də qeydə alınıb. 1991-ci il təvəllüdlü Xaçmaz rayon sakini Osmanov İlqar Əbülfət oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn, 1984-cü il təvəllüdlü Quba rayon sakini Rəhmanov Əli Eldar oğluna məxsus "Mercedes"lə toqquşub.

Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü və sərnişini Osmanov Məhəbbət Sərdar oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az