Zakir Həsənov Şəmkir korpusuna yeni qərargah rəisi təyin etdi

7 Yanvar 2014 09:31 (UTC+04:00)
Bir müddət əvvəl Müdafiə naziri Zakir Həsənovun əmri ilə Şəmkir korpusunun komandir müavini təyin edilən polkovnik Xəqani Cəbrayılovun vəzifəsi yüksəldilib.


AzNews.az-ın xəbərinə görə, müdafiə nazirinin əmri ilə X. Cəbrayılov Şəmkir korpusunun Qərargah rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Xəqani Cəbrayılov keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilmışdı.

Zakir Həsənov Müdafiə naziri təyin edildikdən sonra isə onun rütbəsi bərpa olunmuşdu və bir müddət sonra Şəmkir korpusunun komandir müavini vəzifəsinə təyin etmişdi.


Azər
AzNews.az