Mübariz Qurbanlı prezidentin sərəncamından danışdı

7 Yanvar 2014 09:51 (UTC+04:00)
"Bu, mənim zəhmətimin bəhrəsidir və bunu dəyərləndirib, məni təbrik edən bütün insanlara da öz təşəkkürümü bildirirəm".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Prezidentin onu "Şöhrət" ordeni ilə təltif etməsinə münasibətini bildirən M. Qurbanlı qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədəki ictimai-siyasi xidmətlərini dəyərləndirdirərək, onu "Şöhrət" ordeni ilə təltif etməsi gözlənilməz olub:

"Prezident İlham Əliyeva öz minnətdarlığımı bildirirəm. Bundan sonra da öz işimi Yeni Azərbaycan Partiyasının rəhbəri, ölkə başçısı İlham Əliyevin apardığı siyasətin üzərində quraraq davam etdirəcəyəm".


Amid Əyyuboğlu
AzNews.az