ATƏT PA-nın illik yay sessiyasının tarixi açıqlandı

7 Yanvar 2014 09:54 (UTC+04:00)
ATƏT-in Parlament Assambleyasının illik yay sessiyasının tarixi açıqlanıb.

AzNews.az-ın ATƏT PA-nın saytına istinadən verdiyi məlumata görə, təşkilatın illik yay sessiyası iyunun 28-dən iyulun 2-nə kimi keçiriləcək.

Qeyd edək ki, iclas Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıda təşkil olunacaq. Belə ki, iki il öncə Azərbaycan tərəfi 2014-cü ildə ATƏT PA-nın yaz sessiyasının Bakıda keçirilməsi ilə bağlı müraciət edib.

AzNews.az