Xarici TV kanallarının yayımı dayandırıldı

7 Yanvar 2014 10:05 (UTC+04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi əvvəllər DVB-T sosial rəqəmsal TV paketinə daxil edilmiş xarici telekanalların yayımını dayandırıb.

AzNews.az xəbər verir ki, bu barədə İB-dən bildirilib.

Hazırda respublika ərazisində yayımlanan sosial rəqəmsal TV paketi yerli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, ANS TV, Space TV, ATV və Xəzər TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.

Bundan əvvəl sınaq dövründə açıq rəqəmsal zərfə bir sıra xarici telekanallar daxil idi. Sınaq işləri uğurla başa çatıb.

Respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub.

AzNews.az