AzNews.az “2013-cü ilin jurnalisti”ni seçir

7 Yanvar 2014 11:53 (UTC+04:00)

AzNews.az 2013-cü ildə keçirdiyi aylıq sorğuları 2014-cü ildə də davam etdirəcək.

Yeni ilin ilk sorğusu ilin jurnalistini müəyyən etmək üçün keçiriləcək. Yanvarın 7-dən start verilən sorğuya yanvarın 31-də yekun vurulacaq.

Respondentlər saytın sorğu bölümünə daxil olmaqla 2013-cü ildə fəaliyyətini daha yaxşı qiymətləndirdikləri jurnalistə səs verə bilərlər. Nəticələr yanvarın 31-də açıqlanacaq və ən çox səs toplayan mətbuat nümayəndəsi "2013-cü ilin jurnalisti" elan ediləcək.

Qeyd edək ki, siyahıya AzNews.az-ın əməkdaşlarından heç birinin adı salınmayıb.

Elnur
AzNews.az