Naxçıvanda silah-sursat tapıldı

7 Yanvar 2014 12:09 (UTC+04:00)
Naxçıvan Muxtar Respublikasının Şərur şəhər sakini tapdığı silah-sursatı polisə təhvil verib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şərur şəhər sakini Hüseyn Məmmədov tapdığı 1 ədəd qaz tapançasını və 231 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Şərur Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


AzNews.az