“Əlim qələm tutmur” - Vaqif Səmədoğlu

7 Yanvar 2014 12:12 (UTC+04:00)

"12 yanvarda yenidən İsrailə qayıdıram".


Bunu AzNews.az-a xalq şairi Vaqif Səmədoğlu bildirib. Onun sözlərinə görə, səhhətində elə bir irəliləyiş yoxdur:

"Yaxşı deyiləm. Yaradıcılıqla bağlı planlarım vardı. İstədim ki, nəsə edəm, amma alınmadı. Bu vəziyyətdə əlim qələm tutmur. Baxaq da bəlkə bu müalicədən sonra nəsə səhhətimdə irəliləyiş olarsa, yazmaq istədiyimi mütləq yazacam".

Xatırladaq k, V.Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az