Müdafiə Nazirliyində yeni təyinatlar

7 Yanvar 2014 12:22 (UTC+04:00)
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu komandanının müavinləri təyin edilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Naxçıvan hərbi liseyinin rəisi, general-mayor Rasim Əliyev, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissənin komandiri, polkovnik Teymur Eyyubov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifələrinə təyin ediliblər.

Bundan başqa, polkovnik Namiq Bayramov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsinə təyinat alıb.

Naxçıvan hərbi polisinin rəisi, polkovnik Elman Orucov isə Naxçıvan hərbi liseyinin rəisi vəzifəsinə təyin edilib.

AzNews.az