“Milli Şura yaranandan dağılmış vəziyyətdəydi” - YAP-çı deputat

7 Yanvar 2014 13:39 (UTC+04:00)

"Onlar Milli Şurada özlərinin siyasi məqsədlərinə hörmət etmək üçün birləşməmişdilər".


Bunu AzNews.az-a Milli Məclisin YAP-çı deputatı Elman Məmmədov Müsavat Partiyası Milli Şuradan çıxmasına münasibət bildirərkən deyib. Onun fikrincə, Müsavat Partiyasının Milli Şuradan çıxma qərarı təşkilatın öz hüququdur:

"Müsavat Partiyasının ölkənin siyasi mübarizəsində öz xətti və buna uyğun nizamnaməsi var. Yəqin ki, Müsavat Partiya üzvləri səhvlərin başa düşüb, Milli Şurada qalmaqlarını məqsədəuyğun hesab etməyiblər".

E.Məmmədov vurğulayıb ki, Milli Şuranın yaranma ideyası veriləndən və bu təşkilat yaranan gündən orada cəmləşən siyasi qüvvələr, partiyalar bir-birlərini istəyərək, sevərək, özlərinin siyasi məqsədlərinə hörmət etmək üçün birləşməmişdilər.

Hesab edirəm ki, Milli Şurada birləşən siyasi partiya nümayəndələri siyasi mübarizədə heç vaxt bir-birlərin qəbul etməyiblər. Bunu özləri də etiraf edirlər. Bu gün Müsavat kimi və digər siyasi təşkilatların da Milli Şuradan qopmaları dediklərimi bir daha sübut edir. Onlar 2013-cü il prezident seçkilərində sərt məqsəd uğrunda birləşmişdilər.

İndidə müxalif partiyalar öz səhvlərin dərk edib, dağılır və hərəsi öz yolu ilə getməyə başlayır. Hesab edirəm ki, Milli Şura yaranan gündən dağılmış və fəaliyyətsiz bir qurum idi və bu gündə bu öz əksini tapır".

Amid Əyyuboğlu
AzNews.az