AMİP yaradılacaq birliyin “fatihəsini” verdi

15 Avqust 2012 15:28 (UTC+04:00)


Yaxın günlərdə müxalifət düşərgəsində yeni bir birliyin formalaşdırılacağı barədə informasiya yayılıb. Xəbərə görə, bir neçə günə cəmiyyətə açıqlanacaq birliyin AMİP, ACP və KXCP-dən ibarət olacaq. Ancaq AMİP-dən bu məsələnin doğru olmadığını bildirirlər.

"Bu məsələ AMİP-in siyasi şurasında müzakirə olunmayıb. Biz AMİP olaraq hansısa birlik, deyil, partiyaların əmakdaşlığı istiqamətində müzakirələr aparırıq". Bunu AzNews.az-a AMİP sədrinin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib. Zamanı çatanda müxtəlif birliklərin, müxtəlif ittifaqların olacağını istisna etməyən E.Mustafayev onu da deyib ki, bir müddətdən sonra dağılacaq birliyi əziyyət çəkib əvvəlcədən yaratmağa ehtiyyac da yoxdur: "Bu gün siyasi partiyaların müxtəlif mövzularda bir araya gələ bilmədikləri məsələlər var. Ona görə də zaman-zaman müxtəlif məsələlərla bağlı narazılıqlar yaranır. Hələ 6-7 ay əvvəl biz təklif etmişdik ki, müxalifətin əməkdaşlığına mane olan məsələləri bir kənara qoymalı, bir araya gəlmələrini zəruri edən məsələlərdə mütləq əməkdaşlıq etməlidirlər. Çünki bu sonrakı mərhələlərə kömək edən məsələlərdir. Hər şeydən əvvəl partiyalar bir-birini qəbul etməlidir".

"Biz bir çox hallarda sonda müzakirəyə çıxarılmalı olan məsələni hər şeydən əvvəl gündəmə gətiririk. Ona görə də belə söz-söhbət, mübahisələr yaranır"- deyən E.Mustafayev qeyd edib ki, bu üzdən də müxalifətin bir araya gəlməsi problemə çevirilir: "Vahid namizəd məsələsi bu günün deyil, bir ildən sonra müzakirə olunması zəruri olan məsələdir. Tutaq ki, bu gün vahid namizəd məsələsi həll olundu. Axı ona qədər həllini gözləyən məsələlər var və onlara nail olmadan vahid namizəd heç bir uğur qazana bilməz. Bu məsələni indidən ortalığa atıb, siyasi partiyaların iddiali namizədləri arasında narazılıq yaratmaq doğru deyil".

Gültən
AzNews.az