Uşaq bağçasında yanğın
7 Yanvar 2014 14:31 (UTC+04:00)
Tərtərdə uşaq bağçasında yanğın baş verib.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Tərtər rayonu, Səhləbad kəndində (rayon mərkəzindən 6 km aralı) Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 250 kv.m olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli uşaq bağçasında 1 otaq 30 kv.m sahədə yanıb. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az