Qurana “Əsəd surəsi“ əlavə edildi- Foto

7 Yanvar 2014 15:56 (UTC+04:00)
Son günlər sosial şəbəkə saytlarında Suriya prezidenti Bəşər Əsəd tərəfdarlarının müqəddəs Quranda törətdiyi təhrifi əks etdirən şəkil yayılıb.

"İxlas" surəsinin təhrif edilərək yazıldığı qondarma surənin adı "Əsəd surəsi"dir. Qondarma surədə Bəşər Əsədin Allah tərəfindən xüsusi yaradıldığı və Suriyanı ancaq onun idarə edə biləcəyi iddia olunub.

1. Qül Hüvəllahu Əhəd – De ki O Allah birdir.

2. Allahus Saməd – Allahın möhtac deyildir.

3. Ləm yəxalu mislu hafizul əsəd – Allah Hafiz Əsəd kimi birini yaratmayıb.

4 -5. Və ləm yəhakumu suriya əl-bələd illa bəşərul əsəd – Suriyada ancaq bəşər əsəd hökm verə bilər.

Qeyd edək ki, surənin ilk 2 ayəsi orijinal Allah Kəlamı olsa da, 3, 4 və 5-ci "ayələr" tamamilə Əsəd tərəfdarlarının uydurmasıdır (BayMedia)