“Günəşli“də yeni quyu istismara verildi

7 Yanvar 2014 16:29 (UTC+04:00)
"Günəşli" yatağındakı 11-ci özüldən 239 nömrəli quyu qazmadan sonra istismara verilib.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 3106-3070 metr intervaldan sutkalıq 70 ton neft və 10000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

AzNews.az