Rəqəmsal yayıma keçid məhdudiyyət yaratdı - VİDEO - YENİLƏNİB

7 Yanvar 2014 19:21 (UTC+04:00)
Televiziya şəbəkəsinin rəqəmsal yayıma keçid etməsi ilə vətəndaşlara iki sosial və kommersiya tipli paketlər təklif olundu. Sosial paketlərdə yerli yəni dövlət və özəl televiziyaların yayımı pulsuz, kommersiya tipli paketlərdə isə xarici kanalların pullu yayımı nəzərdə tutulur. Bu ilin yanvarın birindən rəqəmsal yayıma keçidin tam başa çatması isə vətəndaşların xarici kanallara baxmasını məhdudlaşdırdı.

Rabitə və İnformasiya Texnalojiyaları Nazirliyinin Teleradio İstehsalat birliyinin texniki direktoru Mikayıl Abbasov vətəndaşların rəqəmli şəbəkə üzərindən televizorlarını xüsusi qurğulara qoşaraq xarici kanallara baxa biləcəklərini bildirib. Onun sözlərinə görə, kommodul tipli həmin qurğuları əldə etmək üçün onların satış mərkəzinə müraciət etmək lazımdır. Modeli köhnə olan televizorlarda ayrı bir qurğu, müasirlərdə isə bir başqa qurğudan istifadə edilməlidir.





Saat 11:25
Ölkədə rəqəmsal TV paketinə daxil edilmiş xarici TV kanalların yayımı dayandırılıb. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən ANS PRESS-ə verilən məlumata görə, yayımı dayandırılmış xarici kanallar sosial paketdən çıxarılıb və ödənişli TV paketinə əlavə edilib. Hazırda ölkə ərazisində yayımlanan sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.

"Teleradio" İB-dən verilən məlumata görə, bundan əvvəl sınaq dövründə açıq rəqəmsal paketə xarici kanallar əlavə edilmişdi. Sınaq işləri bitdikdən sonra paketə daxil olan telekanalların yayımı dayandırılıb:

"Bu kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 86 xarici kanal daxildir".

Qeyd edək ki, hazırda respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub.


AzNews.az