Qaçan dustaq şaxtaya dözməyib geri qayıtdı

7 Yanvar 2014 20:05 (UTC+04:00)
ABŞ-ın Kentukki ştatında kuryoz hadisə baş verib. Belə ki, həbsxanadan qaçan dustaq küçədəki şaxtalara tab gətirməyərək geri dönüb.
Bu barədə yerli "Lex 18" telekanalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, oğurluq və digər hüquqpozmalara görə məhkum edilmiş 42 yaşlı Robert Vik Leksinqton türməsindən ötən həftəsonu qaçıb. Ancaq cəmi bir gün sonra şəhərin motellərindən birinə gələrək xidmətçilərdən polis çağırmağı xahiş edib və təslim olmağa hazır olduğunu deyib. Şahidlərin sözlərinə görə, qaçaq soyuqdan tir-tir əsirmiş.

Qeyd edəK ki, yanvarın əvvəllərində ABŞ-ın bir sıra şimal-şərq ştatlarında sinoptiklər son 20 il ərzində ən sərt şaxtalar qeydə alıblar.(Musavat.com)