“Land Cruser” və “Mercedes” toqquşdu - FOTO

7 Yanvar 2014 22:35 (UTC+04:00)
Bu gün axşam saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, qəza paytaxtın Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. Hadisə zamanı Nuriyev İsmayıl Adil oğlunun idarə etdiyi 90 RH 902 dövlət nömrə nişanlı "Land Cruser" markalı avtomobillə Qurbanov Dəyanət İsaxan oğlunun idarə etdiyi 90 HZ 020 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillər toqquşub.

Hadisəni araşdıran yol polisi əməkdaşlarının APA-ya verdiyi məlumata görə, qəzanın "Land Cruser" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması nəticəsində baş verdiyi ehtimal olunur. Belə ki, bu avtomobil köməkçi yoldan əsas yola çıxarkən soldan gələn "Mercedes"ə yol verməyib və nəticədə toqquşma baş verib.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az