Yanvarın 9-da güclü maqnit qasırğası gözlənilir

8 Yanvar 2014 08:15 (UTC+04:00)

Yanvarın 9-da Günəşdə baş verən alışmalar nəticəsində Yer sakinlərini güclü maqnit qasırğası gözləyir.

AzNews.az xəbər verir ki, Rusiya mütəxəssislərinin fikrincə Günəşdə alışmalar axsam saatlarında baş verəcək və Yerə öz təsirini göstərəcək.

Qeyd edək ki, son dəfə Günəşdə iki böyük alışma ötən ilin oktyabrında qeydə alınıb. Çox da güclü olmayan alışmalar Yerin maqnit sahəsində böyük təlatümlər yaratmayıb.

Elnarə
AzNews.az