Elektron hökumətdən daha bir xidmət

8 Yanvar 2014 09:02 (UTC+04:00)
Dövlət Statistika Komitəsinin "Elektron Hökumət" portalı vasitəsilə vətəndaşlara təqdim etdiyi elektron xidmətlər arasında "Protokol nömrəsinə görə məlumatların (Protokol və Akt) əldə edilməsi və cərimənin ödənilməsi" adlı xidməti var.

Lazımı informasiyanı əldə etmək və cəriməni ödəmək üçün vətəndaşlardan Komitə tərəfindən təqdim olunan ərizə formasını doldurmaq tələb olunur. Ərizənin ümumi detallarına protokolun nömrəsi, vətəndaşın adı və soyadı, iş yeri, vəzifəsi, ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı, poçt indeksinin yazılması daxildir. Burada həmçinin ödənişin növü və məbləğın göstərilməsi də tələb olunur. Ödənişin növü VISA Electron, VISA, MasterCard və Maestro plastik kartları ilə həyata keçirilir.

AzNews.az