Professor hücuma məruz qaldı

8 Yanvar 2014 09:19 (UTC+04:00)

AzNews.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, Saccəd Hüseyin Sərdariniya paytaxtın İnqilab küçəsində hücuma məruz qalıb.

İlkin tədqiqat zamanı məlum olub ki, 2 nəfər şəxs əlindəki soyuq silahla professoru yaraladıqdan sonra onun mobil telofonunu götürərək hadisə yerindən uzaqlaşıblar.

Şahidlərin söylədikləri əlamətlər və müşahidə kameralarından əldə olunan nəticələr əsasında araşdırma aparan polis, bu gün səhər şübhəliləri saxlamağa müvəffəq olub.

Polisdən bildirilib ki, cinayətkarlar ilkin dindirilmə zamanı törətdikləri əməli etiraf ediblər.

Müxtəlif dərəcəli xəsarət alan professor isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi qaldırılıb.

Elnur Soltanoğlu
AzNews.az