Venesuela gözəli və əri güllələndi

8 Yanvar 2014 09:48 (UTC+04:00)

Venesuelada 2004-cü ilin gözəllik müsabiqəsinin qalibi və onun həyat yoldaşı güllələnib.


29 yaşlı Monika Spir və irlandiyalı əri Tomas Berriyə hücum edərək öldürən şəxslər cütlüyün 5 yaşlı qızını da yaralayıblar.

Ancaq qız ayağından yaralandığına görə sağ qalıb.

Hadisə Venesuela gözəlinin maşınının yolda dayanması zamanı baş verib. Polis daha sonra yolda dayanan maşınlarda cəsədləri aşkarlayıb. Qız təcili xəstəxanaya çatdırılıb və həyatı üçün təhlükə aradan qalxıb.

Qeyd edilir ki, Venesuela gözəli ailəsi ilə bərabər Amerikada yaşayıb və tətil üçün qısa müddətə Venesuelaya gəlib.

Elnur
AzNews.az