Ramil Usubov polis rəislərini dəyişir - EKSKLÜZİV

8 Yanvar 2014 09:58 (UTC+04:00)
Daxili işlər naziri Ramil Usubovun əmri ilə bir neçə rayonun polis şöbəsinin rəisləri dəyişdiriləcək.


AzNews.az-a daxil olan məlumata görə, bununla bağlı nazirin əmri artıq hazırdır. Yaxın zamanda əmrin rəsmən elan ediləcəyi gözlənilir.

Dəyişdiriləcək polis rəislərinin adı da AzNews.az-a məlumdur.

Bunlar Biləsuvar rayon polis şöbəsinin rəisi, polkovnik Saleh Abdullayev, Lənkəran rayon Polis Şöbəsinin rəisi, polkovnik Möhübbət Hüseynov, Cəlilabad rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Namiq Camalovdur.

Hazırda AzNews.az bu rayonların polis şöbələrinin rəisi vəzifəsinə təyin ediləcək şəxslərin adlarını dəqiqləşdirir.

Azər
AzNews.az