Milli Şuranın növbəti sessiyasının vaxtı bilindi

8 Yanvar 2014 12:20 (UTC+04:00)
Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyasının keçiriləcəyi tarix bəlli olub.

AzNews.az-a daxil olan xəbərə görə, Milli Şuranın sessiyası bu həftənin sonuna təyin olunub.

Sessiya AXCP-nin qərargahında keçiriləcək.

Sessiyada Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra yaranan vəziyyət və struktur islahatları müzakirə olunacaq, müvafiq qərarlar veriləcək.

İclasda həmçinin, Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən istefası ilə bağlı Milli Şuraya ünvanladığı məktuba da baxılacaq. Sessiyada R. İbrahimbəyovun müraciətinin qəbul edilməməsi və onun yenidən vəzifəsinin icrasına qaytarılması gözlənilir.

Elvin
AzNews.az