Elmar Məmmədyarov erməni həmkarı ilə görüşəcək- Parisdə

8 Yanvar 2014 12:45 (UTC+04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

APA-nın verdiyi məlumata görə, nazirlər Elmar Məmmədyarov və Edvard Nalbandyan yanvarın ikinci yarısında Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər. Ermənistan XİN-dən bildirilib ki, nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.

AzNews.az