Ermənistan üçüncü yerdədir- siqaretə görə

8 Yanvar 2014 14:41 (UTC+04:00)
Ermənistan kişilər arasında siqaretin ən çox çəkildiyi üçüncü ölkədir.
Bu barədə Amerika Tibb Assosiasiyasının jurnalında deyilir.

Məlumata görə, 2012-ci ildə bu göstərici üzrə Şərqi Timor (61 faiz) birinci olub. Sonrakı yerləri, müvafiq olaraq, İndoneziya (57), Ermənistan (51,5), Rusiya (51) və Kipr (48) tuturlar.

Qadınlar arasında siqaretin ən çox çəkildiyi ölkələr isə Yunanıstan (34,7) və Bolqarıstandır (31,5).

AzNews.az