3 yaşlı körpə və anası kömək gözləyir

8 Yanvar 2014 15:19 (UTC+04:00)

Dünyaya gələrkən başından travma alan, hazırda 3 yaşı olan Aynur Qəhrəmanova və anası Vüsalə Qəhrəmanovanın köməyə ehtiyacı var.


Aldığı travma nəticəsində körpənin başının arxasında və qulağının dibində vəzlər əməl gəlib. Azərbaycanlı həkimlər körpənin əməliyyat olunmasının vacibliyini, İran həkimləri isə müalicə ilə problemin aradan qaldırılacağını bildiriblər. Fibroz xəstəliyindən əziyyət çəkən Vüsalə Qəhrəmanovanın AzNews.az-a verdiyi məlumata görə, bu vəziyyət ailənin durumunu daha da pisləşdirib:

"Xeyirxah insanların köməyinə ehtiyacımız var. Keçmiş həyat yoldaşım tərəfindən aylıq 50 manat aliment verilir və bundan başqa gəlirimiz yoxdur. Özümün əməliyyata, övladımın ciddi şəkildə müalicəyə ehtiyacı var. Ailəmizə atam baxır və onun da maddi vəziyyəti aşağıdır. Xeyirxah insanlardan xahiş edirəm ki, övladıma və mənə yardım etsinlər".

Qeyd edək ki, əməliyyat üçün 2 min manat tələb olunur ki, bunun da 800 manatı toplanıb.

Yardım etmək istəyənlər bu telefona zəng edə bilərlər:

070 6146105

AzNews.az