13 min ailə evlərini tərk edib

8 Yanvar 2014 18:21 (UTC+04:00)
Son günlər ərzində İraqda 13 min ailə islamçıların ələ keçirdiyi Əl-Fəluca şəhərini tərk etmək məcburiyyətində qalıb.

APA-nın məlumatına görə, bu barədə "Frans Press" Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İraq nümayəndəliyinə istinadən xəbər yayıb.

BQXK nümayəndəsinin bildirdiyinə görə, son 3 gündə humanitar yardım üçün 8 min nəfər müraciət edib. Əl-Fəlucadan qaçan insanlar yaxınlıqdakı yaşayış məntəqələrində yerləşib.

Qeyd edək ki, Əl-Fəluca şəhəri "İraq və Levanta islam dövləti" adlı radikal dini qruplaşma tərəfindən ələ keçirilib.


AzNews.az