Elektrik qatarı partladılıb

8 Yanvar 2014 19:19 (UTC+04:00)
Rusiyanın Stavropol diyarının Yessentuki şəhərində elektrik qatarında partlayış olub.

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər. Amma hadisənin təfərrüatları açıqlanmayıb.

Bu gün səhər tezdən həm də bildirilib ki, Stavropolda içində cəsədlər olan üç avtomobil aşkarlanıb - onların yanında bomba partlayıb.


AzNews.az