“Xəzər Lada” MMC yandı

8 Yanvar 2014 22:38 (UTC+04:00)
AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan "Xəzər Lada" MMC-nin 40 kv.m olan avtotəmir boksunun tavanı 25 kv.m sahədə yanıb.

Avtotəmir boksunda təmirə dayanmış "VAZ" markalı minik avtomobilinın salonu da yanıb. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az