Cəbhədə vəziyyət gərginləşib

9 Yanvar 2014 08:32 (UTC+04:00)
Cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs pozulub.

AzNews.az xəbər verir ki, erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az