Balaxanı zibilliyində hərbi sursat tapıldı

9 Yanvar 2014 09:24 (UTC+04:00)
Bakı Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda hərbi sursat tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşları yanvarın 8-də Balaxanı qəsəbəsində yerləşən Bakı Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonundan 1 ədəd alışqansız F-1 əl qumbarası, 1 ədəd fişəng və 13 ədəd müxtəlif çaplı patronlar aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az