Aparıcı canlı efirdə ağladı- VİDEO

9 Yanvar 2014 09:30 (UTC+04:00)
Türkiyə NTV kanalının idman xəbərlərinin xanım aparıcısı proqramda ağlaması ilə diqqəti çəkib.

Aparıcı Tuğba Duralın proqramda ağlamasına səbəb qəzet adını düzgün tələffüz etməməsinə görə tənqid edilməsi olub.

Belə ki, xanım aparıcı argentinalı futbolçu Anhel Di Mariyanın azarkeşlərinə qarşı hərəkəti ilə bağlı xəbəri oxuduğu zaman xəbərin yer aldığı qəzetin adını düzgün tələffüz etməyib. Bu isə rəhbərliyin onu tənqid etməsi ilə nəticələnib. Tənqidə döz bilməyən aparıcı göz yaşlarını saxlaya bilməyib.




Elnur
AzNews.az