Aybəniz Haşımova qızının Mirkamillə nişanlanmasından danışdı

9 Yanvar 2014 09:35 (UTC+04:00)
İranda müalicə olunan gənc müğənni Mirkamilin Aynişan Quliyeva ilə nişanlanması xəbərinə əməkdar artist Aybəniz Haşimovadan açıqlama gəlib. Əməkdar artist sosial şəbəkədə statusunda bu barədə yayılan xəbərləri təkzib edib.

"Əziz və sevimli dostlarım, əzizlərim, bircə kəlmə ilə deyəcəm və xahiş edirəm heç kəs məni bu məsələylə bağlı narahat etməsin. Mən kiminsə balasının dar günündə dalınca qaçıramsa, bu mənim insanlara, yaxınlarıma olan məhəbbətim, sədaqətimdir. Bunu bizdən Allah istəyir və mən də belə olmağa çalışıram, hər kəsi də belə olmağa çağırıram. Mənim övladımın nişanını da, toyunu da inşallah görəcəksiniz. Hər şeyin vaxtı, qisməti, zamanı var. Olmayan sözləri düzəldib, qoşub, yaymaq lazım deyil. Övladımın qismətinin kim olacağını yalnız Allah bilir. Qoy Allah da hamının balasını qorusun. İnşallah övladımın nişan, toy xəbərini özüm deyəcəm. Saxta məlumat yayanlara isə demək istəyirəm ki, bilmədiyinizi nə danışın, nə də yazın. Qələm çəkən biz deyilik, Allahdır".

Bahar
AzNews.az