İTV-nin aparıcısı ağır qəza törətdi: Nazirliyin işçisi öldü- Foto

9 Yanvar 2014 09:46 (UTC+04:00)



Bu gün səhər saatlarında Bakının Suraxanı rayonunda baş verən ağır yol qəzasında Səhiyyə Nazirliyinin əməkdaşı ölüb.

Suraxanı rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib. Sürücü İTV telekanalının əməkdaşıdır.

Hadisə nəticəsində isə sürücünün bacısı 32 yaşlı Pərvanə Məmmədova boğulub.

Qeyd edək ki, P.Əliyeva Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.

AzNews.az