“Atamın səhhətində irəliləyiş yoxdu” – Adil Mirseyidin qızı

9 Yanvar 2014 10:36 (UTC+04:00)
"Atamın səhhətində yaranmış durumla bağlı Yazıçılar Birliyinin müraciət məktubundan mətbuat vasitəsi ilə xəbər tutduq. Amma həmin məktubun cavablanması ilə bağlı bizdə hər hansı məlumat yoxdur".

Bunu AzNews.az-a açıqlamasında xəstə yatan şair Adil Mirseyidin qızı bildirib. Onun sözlərinə görə, A.Mirseyidin səhhətində müsbət mənada irəliləyiş yoxdur: "Atam xəstədir, yatır. Hələ üstəlik qrip də tutub".

Xatırladaq ki, A.Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün bir az bundan öncə Yazıçılar Birliyi hər hansı bir quruma kömək məqsədi ilə müraciət məktubu ünvanladığını bildirib.

Bahar Rüstəmli
AzNews.az