Tofiq Yaqublu: “Müsavatın Milli Şuradan çıxmasına üzüldüm”

9 Yanvar 2014 11:57 (UTC+04:00)
Müsavat Partiyasının hazırda həbsdə olan başqan müavini Tofiq Yaqublu partiyanın Milli Şuradan çıxmasını üzüntü ilə qarşılayıb.

Bunu T.Yaqublunun qızı Nərgiz Yaqublu sosial şəbəkədəki statusunda yazıb.

N.Yaqublu yanvarın 8-də atası T.Yaqublu ilə görüşdüyünü bildirib: " Dünən məhkəmədə atayla göruşdüm. Hamıya salam dedi. Bir də onu dedi ki, Müsavat Partiyasının Milli Şuradan çıxdığını eşidəndə çox pərt oldum və üzüldüm".

Elnur
AzNews.az